Macarıstanın "MOL Nyrt." şirkəti və "Qazprom neft" Serbiyanın Naftna Industrija Srbije (NIS) neft emalı şirkətindəki Rusiya payının alqı-satqısına dair gələcək müqavilənin əsas müddəalarını razılaşdırıblar.
Qaynarinfo "Balkan Green Energy News” portalına
istinadən xəbər verir ki, bu barədə bazar ertəsi, yanvarın 19-da Belqradda Serbiyanın dağ-mədən sənayesi və energetika naziri Dubravka Cedoviç-Handanoviç jurnalistlərə bildirib.
Nazirin sözlərinə görə, Serbiya danışıqlar zamanı öz mövqelərini yaxşılaşdırmağa nail olub və gələcəkdə NIS-dəki payını 5% artıra biləcək. Bundan əlavə, sazişə "Abu Dhabi National Oil Co." şirkəti də qoşula bilər.
Saziş yekun qərarın qəbul edilməsi üçün ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinə (OFAC) göndəriləcək, deyə Handanoviç bildirib. Bundan əvvəl OFAC NIS səhmdarlarına Rusiya payının satışı ilə bağlı danışıqlar aparmağa imkan verən lisenziyanın müddətini martın 24-dək uzatmışdı.
Handanoviç alış qiymətini və payların bölgüsünü açıqlamayıb. MOL-un ilkin press-relizində deyilir ki, şirkət NIS-in səhmlərinin 56,15%-nin alınması barədə "Qazprom neft" ilə məcburi ilkin müqavilə imzalayıb. "Qazprom neft"in mətbuat xidməti MOL ilə Serbiya şirkətinin nəzarət paketinin satışına dair niyyət sazişinin imzalanması faktını təsdiqləyib.
Xatırladaq ki, dekabrın 22-də Serbiya prezidenti NIS ilə bağlı problemin yaxın həftələrdə həll olunacağına ümid etdiyini bildirmişdi.
Ertəsi gün Vuçiç "Qazprom" nümayəndələrinin NIS şirkətinin Macarıstanın MOL şirkətinə satılması barədə danışıqlar apardığına dair məlumatın olduğunu təsdiqləmişdi.
NIS – Serbiyanın ən böyük neft şirkətidir – Rusiya mülkiyyətinin üstünlük təşkil etməsi səbəbindən oktyabrın əvvəlindən Amerika sanksiyaları altındadır.
ABŞ hazırda payı 56,2% təşkil edən Rusiya şirkətlərinin NIS mülkiyyətindən çıxmasında israr edirdi. Sanksiyalar səbəbindən NIS-in Belqrad yaxınlığındakı Pançevo şəhərində yerləşən neft emalı zavodu bağlanmışdı.
Alpər
Şərhlər