XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Mahir Emrelinin baş məşqçisi istefaya göndərildi
İdman19:19 31.08.2026

Mahir Emrelinin baş məşqçisi istefaya göndərildi

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın "Rakuv" klubu baş məşqçisi David Kroçeklə yollarını ayırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Ekstraklasa təmsilçisi məlumat yayıb.

37 yaşlı mütəxəssis vəzifəsindən istefa verib.

Xatırladaq ki, "Rakuv" Polşa çempionatında keçirdiyi ilk dörd oyunun hamısında məğlub olub. David Kroçek may ayında bu posta təyin edilib.