XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Premyer Liqa: "Neftçi" "Zirə"yə uduzdu
İdman22:26 30.08.2026

Premyer Liqa: "Neftçi" "Zirə"yə uduzdu

Misli Premyer Liqasının III turunda "Zirə" evdə "Neftçi"ni məğlub edib.

Qaynarinfo-nun məlumatına görə, Zirə İdman Kompleksinin stadionunda baş tutan görüş Rəşad Sadıqovun baş məşqçi olduğu komandanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu 45+3-cü dəqiqədə komandanın kapitanı Qismət Alıyev "Neftçi"nin qapısından keçirib. Bu qələbədən sonra xallarının sayını 9-a çatdıran "Zirə" turnir cədvəlinin ilk sırasında qərarlaşıb. 6 xala malik "Neftçi" isə ikincidir.

Qeyd edək ki, turun daha əvvəl keçirilən matçlarında "İmişli" "Şəfa"nı (1:0), "Kəpəz" "Turan Tovuz"u (1:0) məğlub edib. "Qəbələ" - "Şamaxı" görüşü isə qolsuz bərabərliklə yekunlaşıb. Tura avqustun 31-də yekun vurulacaq.