Xəbər lenti

Marketdə kassa növbəsi zamanı dava düşdü: Qadını vurdu...
Ölkə 23:59 10.09.2025

Marketdə kassa növbəsi zamanı dava düşdü: Qadını vurdu...

Bakıda marketlərin birində kassanın qarşısında dayanan müştərilər növbə üstündə dava ediblər. 

Qaynarinfo-nun məlumatına görə, müştərilərdən biri, 1978-ci ildə Bakı şəhərində anadan olan A.Ağayev barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. 

Məhkəmədə məlum olub ki, A.Ağayev alış-veriş etmək üçün marketə azyaşlı övladı ilə getdiyini, kassada gözləyərkən digər kassanın qarşısında dayamış zərərçəkmiş müştəri qadın C.V. onun qarşısına keçdiyi üçün şəxs ona irad bildirib. Daha sonra həmin qadın ona qarşı nalayiq söyüşlər işlədib, kobud şəkildə danışıb və təhqir edib. A.Ağayev isə şillə ilə onun sifət nahiyəsindən vurub. 

Məhkəmənin qərarı ilə A.Ağayev İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 300 manat cərimə edilib. 

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->