Xəbər lenti

İdman 18:05 10.09.2025

"Qarabağ" qapıçısını icarəyə verdi

Azərbaycan 1-ci liqasında mübarizə aparacaq "Zaqatala” heyətini yeni qapıçı ilə gücləndirib. 

Qaynarinfo xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi "Qarabağ”dan Amin Ramazanovu icarəyə götürüb. 22 yaşlı qolkiperlə icarə müqaviləsi 6 ay nəzərdə tutulub.

Qeyd edək ki, Ramazanov 2021-ci ildən "Qarabağ”ın heyətində çıxış edir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->