Masazırda iki qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Oxu.az-ın əldə etdiyi məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 29 yaşlı Vüsal İsgəndərli polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Goranboy rayonunda saxlanılaraq istintaqa təhvil verilib.
Xatırladaq ki, aprelin 11-də Abşeron rayonu, Masazır kəndi ərazisində Pərişan Süleymanova və Nuranə İsgəndərlinin qəsdən öldürülməsi faktı ilə bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Şərhlər