Xəbər lenti

Taksilərin icbari sığortası niyə 50 faiz bahalaşdı? - AMB-dən açıqlama
Ekonomiks 19:55 14.04.2026

Taksilərin icbari sığortası niyə 50 faiz bahalaşdı? - AMB-dən açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) taksilərin icbari sığorta xərclərinin artırılmasının səbəbini açıqlayıb.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Qurbanov bu gün "Maliyyə sabitliyi hesabatı"nın təqdimatına dair mətbuat konfransında deyib.

O bildirib ki, taksilərin icbari sığortası üzrə əmsalın 50% artırılması bu nəqliyyat vasitələrinin zərər əmsalının yüksək olması ilə bağlıdır.

"Digər seqmentlərdən fərqli olaraq taksi kimi fəaliyyət göstərən nəqliyyat vasitələrinin qət etdiyi məsafə yüksəkdir. Yəni qəza etmək sıxılığı yüksəkdir. Bununla belə, əmsalların artırılması zərərliliyi müəyyən qədər kompensasiya edir, tam qarşılamır” - Vüsal Qurbanov əlavə edib.

Qeyd edək ki, 2025-ci il üzrə icbari avtosığorta üzrə zərərlilik 74%-dən 85%-ə yüksəlib.//Trend

--> -->