Ölkə 23:58 21.12.2023

Mələkxanım Eyubovaya ağır itki

Xalq artist Mələkxanım Eyubovanın qardaşı,  müğənni Ramal İsrafilovun xanəndə atası Əliyaqub bəy vəfat edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Mələkxanım Eyubova sosial şəbəkədə paylaşım edib:

"Böyük kədər hissi ilə bildirirəm ki, bu gün mən ata əvəzi, böyük qardaşım, elimizin-obamızın tanınmış xanəndəsi Əliyaqubu itirdim. Allah rəhmət eləsin. Torpağı nurla dolsun".