XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Məleykə Abbaszadə şöbə müdirini işdən çıxardı - Yeni təyinatlar
Ölkə10:04 09.10.2026

Məleykə Abbaszadə şöbə müdirini işdən çıxardı - Yeni təyinatlar

Dövlət İmtahan Mərkəzinin (DİM) Maliyyə departamentinin İqtisadi təhlil, büdcə və hesabatlılıq şöbəsinin müdiri dəyişib.

Qaynarinfo iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı DİM sədri Məleykə Abbaszadə müvafiq əmr imzalayıb.

Belə ki, Elşən Cabbarov İqtisadi təhlil, büdcə və hesabatlılıq şöbəsinin müdiri vəzifəsindən ayrılıb, onun yerinə isə Vəfa Hüseynova təyin olunub. V.Hüseynova bu təyinata qədər Maliyyə departamentinin Mühasibatlıq sektorunun müdiri - Baş mühasib vəzifəsində çalışıb. Həmin sektorun müdiri - Baş mühasib vəzifəsinə isə Simuzər Umbayeva təyinat alıb.

Qeyd edək ki, E.Cabbarov SOCAR İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Büdcə və planlaşdırma şöbəsinin rəhbəri təyin edilib.

Elşən Cabbarov