Meqan Markl Böyük Britaniyaya qarşıdakı köçü fonunda yenidən ekranlarda görünməyi planlaşdırır.
Qaynarinfo-nun məlumatına görə, "Variety" nəşri vəziyyətlə tanış mənbələrə istinadən xəbər verir ki, Markl Böyük Britaniyada hazırlanacaq yeni layihədə rol almaq təklifi qəbul edib.
Gələcək layihə ilə bağlı digər təfərrüatlar hələ açıqlanmayıb.
Meqan Markla ən böyük şöhrəti hüquqi dram serialı "Fors-major"da Reyçel Zeyn rolu qazandırıb. O, 2011–2018-ci illərdə serialın yeddi mövsümündə çəkilib.
2018-ci ildə şahzadə Harri ilə evləndikdən sonra Markl aktyorluq karyerasını faktiki olaraq dayandırıb. Lakin son illərdə o, kamera qarşısında fəaliyyətini tədricən bərpa edir.
Belə ki, Sasseks hersoginyasının Amazon MGM-nin "Yaxın şəxsi dostlar" adlı qarşıdakı komediyasında özünü canlandıracağı gözlənilir. Filmdə Bri Larson və Lili Kollinz də rol alıblar.
Bundan başqa, Markl "Netflix" platformasında "Sevgi ilə, Meqan" adlı həyat tərzi verilişinin aparıcısı olub və özünün "As Ever" brendini inkişaf etdirir. O, həmçinin "MasterChef Australia" kulinariya şousunda dəvətli münsif kimi çıxış edib.
Harri və Meqan Britaniyaya qayıdır
Meqanın aktyorluğa qayıtması onun şəxsi həyatındakı böyük dəyişikliklə eyni vaxta düşə bilər. Şahzadə Harri və həyat yoldaşı altı il Kaliforniyada yaşadıqdan sonra Böyük Britaniyaya qayıtmağı planlaşdırırlar.
Cütlüyün yaxın həftələrdə ölkəyə köçəcəyi gözlənilir. Onların övladları Arçi və Lilibet isə sentyabr ayında təhsilə başlamalıdır.
İlkin məlumatlara görə, köç uzunmüddətli olacaq. Bununla belə, cütlük ABŞ-ı tamamilə tərk etməyi planlaşdırmır və Kaliforniyanın Montesito şəhərindəki evlərini saxlayacaq.
"Archewell" istehsal şirkətinin və "As Ever" brendinin də Böyük Britaniyaya köçürülməsi nəzərdə tutulmur.
Harri və Meqan kral ailəsinin rəsmi vəzifələr icra etməyən üzvləri olaraq qalacaqlar. Onlar 2020-ci ildə kral ailəsinin rəsmi vəzifələrindən imtina edərək ABŞ-a köçüblər.
Aydın
Şərhlər