İdman 18:04 20.02.2024

Messi səkkizinci mükafatını da "Barselona"ya bağışladı

"İnter Mayami" və Argentina millisinin superulduzu Lionel Messi səkkizinci "Ballon d'Or" mükafatını "Barselona"nın muzeyinə bağışlayıb.

Qaynarinfo-nun məlumatına görə, Messinin bundan əvvəlki yeddi mükafatı da sözügedən katalon klubunun muzeyində saxlanılır.  İspaniya mətbuatında hazırda səkkizinci mükafatın da artıq yolda olduğu bildirilib.

Messi daha əvvəl açıqlamasında, "Mənim sahib olduğum hər şey - "Ballon d'Or", "Qızıl buts", Barselonada, muzeydədir" - sözlərini söyləmişdi.

Bütün rekordlar vuran kuboklar kolleksiyasını nümayiş etdirmək üçün evində kifayət qədər yeri olmayan Messiyə "Barselona"nın kömək etmək üçün hazır olduğu bildirilib. Onun bundan əvvəl qzandığı yeddi "Qızıl top" mükafatı da hal-hazırda Kataloniya klubunun rəsmi muzeyində saxlanılır.

Səbuhi Həsənov