Xəbər lenti

Messi tarixin ən titullu futbolçusu oldu
İdman 13:12 20.08.2023

Messi tarixin ən titullu futbolçusu oldu

Argentinalı hücumçu Lionel Messi ABŞ-nin "İnter Mayami” klubunun heyətində ilk titulunu qazanıb.

Qaynarinfo xəbər verir ki, Florida təmsilçisi Liqa Kubokunun finalında "Neşvill”i penaltilər seriyasında yenərək turnirin qalibi olub.

Əsas vaxtda Lionel Messinin qoluna "Neşvill” Faf Pikonun dəqiq zərbəsi ilə cavab verib. Penaltilər seriyasında isə mayamililər daha dəqiq olub - 10:9.

Bu, 2018-ci ildə əsası qoyulan "İnter Mayami” üçün klubun tarixində ilk tituldur. Messinin klubda keçirdiyi 7 oyunda 10 qolu var. Onun üçün bu kubok karyerasında 44-cü tituldur. Beləliklə, 36 yaşlı argentinalı tarixin ən titullu futbolçusu olub.

Messi həmçinin 10 qolla Liqa Kubokunun bombardiri olub. Onun ən yaxın təqibçisi Bonqokul Hlonqvan 7 qol vurub.

Qeyd edək ki, Messi 2021-ci ilin yayında "Barselona"dan PSJ-yə keçib. 2023-cü ilin yay "transfer pəncərəsi"ndə isə argentinalı "İnter Mayami” ilə azad agent kimi müqavilə bağlayıb və debüt matçında cərimə zərbəsindən qol vurub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->