İdman 14:00 18.08.2023

Messini canlı görmək üçün satılan biletin qiyməti - 12 min manat

Argentinalı superulduz Messinin MLS-dəki çıxışına maraq getdikcə artmaqdadır.

Qaynarinfo-nun məlumatına görə, Messinin ilk kubokunu qazanacağı ehtimal edilən matçın biletlərinin qiymətləri xeyli baha qiymətə satılır. Amerikalı azarkeşlər argentinalı superulduzun yayda komandaya qoşulmasından sonra bilet tələbləri hər gün artmaqdadır. Messini görmək istəyi o həddə çatıb ki, sözügedən oyun üçün biletlərin qiyməti "Mançester Siti”nin Çempionlar Liqasında "İnter”i məğlub etdiyi görüşün biletlərinin qiymətindən baha olub.

Türkiyədə baş tutan Çempionlar Liqasının finalında ən ucuz qiymətlər 77 dollara satılırdısa, "Nashville" - "Inter Mayami" matçında bu rəqəmlər 484-ə bərabərdir. Nəhəng matç üçün ən yaxşı standarta malik oturacaq üçün biletin qiyməti  isə 12,075 dollara satılır. 

Biletləri satışa çıxarılandan bir saat sonra sahiblərini tapıb. "Geodis Park" stadionu 30.000 nəfərlik tutuma malikdir və şənbə günü tam dolacağı gözlənilir. 

Səbuhi Həsənov