Xəbər lenti

Messinin məşhur cangüdəni kimdir və işinə görə nə qədər qazanır? (VİDEO)
İdman 13:02 06.09.2023

Messinin məşhur cangüdəni kimdir və işinə görə nə qədər qazanır? (VİDEO)

Son günlər Lionel Messinin şəxsi mühafizəçisi Yassine Çueko, superulduzu ayıq-sayıq şəkildə müdafiə etdiyi üçün sosial mediada populyarlıq qazanıb.

Qaynarinfo-nun "Mirror"a istinadən məluamtına görə, cangüdən "İnter Mayami”nin matçları zamanı argentinalı superulduzun xüsusi müdafiəsi ilə diqqət çəkir. Klubun prezidenti Devid Bekhem ABŞ-də indiyə qədər oynamış ən yüksək profilli futbol ulduzunu qorumaq zərurətini dərk edərək, Messinin təhlükəsizlik detalı kimi Çuekonu tövsiyə edib. Cangüdənin vəzifələrinə meydançanın hər perimetrində Messinin hərəkətlərinə nəzarət etmək daxildir. Çueko Messini qorumaq üçün hər il 250 min dollar maaş alır. Sayıqlığı və sürəti ona "İnter Mayami”nin kapitanına yaxınlaşmağa cəhd göstərən potensial "meydança işğalçıları”na tez cavab verməyə imkan yaradır. Onun vəzifəsini fədakarlıqla yerinə yetirməsi internetdə populyarlığını xeyli artırıb.
 
Çuekonun ABŞ Kubokunun yarımfinalında "Çiçinatti” ilə matçın 97-ci dəqiqəsində hesab bərabərləşərkən vacib müdaxiləsi, sürətli hərəkəti azarkeşlərin diqqətini çəkib və bu sosial mediada viral oub. Müşahidəçi pərəstişkarları cangüdənin argentinalı superulduzun yaxınlığına sürətlə qaçdığını görüblər və dərhal sosial şəbəkələrdə reaksiyalarını paylaşıblar. Cangüdənin sayıq olması, azarkeşlərin diqqətindən kənarda qalmadı və Messinin həm meydanda, həm də ondan kənarda təhlükəsizliyinin təmin edilməsində Çuekonun əhəmiyyətli rol oynadığını vurğuladı. 
 


Messi "İnter Mayami"nin "Los-Anceles Qalaksi” üzərində 3:1 hesablı qələbəsi zamanı iki məhsuldar ötürmə ilə töhfəsini vermişdi. Bu komanda üçün çox vacib oyun idi, çünki MLS-də daha yüksək mövqelərə və pley-offa yüksəldi. Həmin matçda "Barselona”nın rəngində forma geyinmiş bir azarkeş Messiyə yaxınlaşmağı bacarsa da Çueko və başqa bir şəxs superulduzun təhlükəsizliyi üçün cəld müdaxilə etdi. 
 
İyunda "İnter Mayami”nin sahibi Xorxe Mas təhlükəsizlik tədbirlərinin əhəmiyyətli dərəcədə gücləndiriləcəyini qeyd etmişdi. O, oyunçuların avtobuslarda daşınacağını və təhlükəsizliyin təmin olunması üçün xüsusi tuneldən keçəcəyini də bildirmişdi. Bunun nəinki ev, həm də səfər matçları üçün hazırlanmış protokol olduğunu da nəzərə çatdırmışdı. Mas həmçinin gücləndirilmiş təhlükəsizlik tədbirlərinin yalnız oyunlar üçün deyil, gündəlik işin bir hissəsi olacağını vurğulamnışdı. Messi dünya çempionatı öncəsi Argentina millisi ilə Mayamidə hazırlıq keçərkən, oyunçuların təhlükəsizliyi üçün bunun bir model kimi uğurlu tətbiq olduğunu göstərmişdi. Məhz bu tədbirlər nəticəsində indiyə qədər heç kim Messiyə yaxınlaşmaq cəhdində müvəffəqiyyətli ola bilməyib.

Bəs Messini bütün oyunlarda xüsusi şəkildə qoruyan, vacib məqamlarda ona yaxınlaşmaq istəyənlərin qarşısını təhlukəsizlik məqsədilə kəsən Çueko kimdir, əvvəlki həyatı necə olub? Yerli mətbuatda yazılanlara görə, Çueko İraq və Əfqanıstanda Hərbi Dəniz Qüvvələrində (SEAL) xidmət təcrübəsi olan keçmiş ABŞ əsgəridir. Lakin onun "SEAL”dakı  veteran statusu ilə bağlı ziddiyyətli məlumatlar yaranıb. Buna baxmayaraq, Çuekonun döyüş sənəti həm meydanda, həm də ondan kənarda özünü göstərib. O, boks və taekvondo ilə məşğul olub. Sosial mediada yazılanlara görə, Çueko Messi və onun ailəsinin təhlükəsizliyi üçün peşəkar şəkildə mübarizə aparır. Messi ilə yaxından əlaqə saxlayır, hətta həyat yoldaşı Antonella Rokkuzzo və uşaqları ilə supermarketdə gündəlik alış-veriş işlərində də onu müşayiət edir.
 


Mühafizəçi 180.000-dən çox izləyicisi olan İnstaqramda tez-tez intensiv məşq seansları paylaşaraq sosial mediada izləyiciləri ilə fəal şəkildə əlaqə saxlayır. O, həmçinin keçmiş yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov və digər yüksək səviyyəli idmançılarla birlikdə fotolarını da yayımlayır.
 


Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->