Meyiti zirzəmiyə atıldığı iddia edilən körpənin atası yazışmaları göstərdi (VİDEO
Ölü doğulan uşağının "Vital Klinika”nın zirzəmisinə atıldığını iddia edən kişi danışıb.
Qaynarinfo Xəzər TV-yə istinadla xəbər verir ki, ata-Abdulla Kərimov hadisənin detalları haqda məlumat verib.
Həkim-ginekoloq Çinarə Gülməmmədova ana-Fərqanə Kərimovanı yalnız ayın 17-si əməliyyat günü "Vital Klinika”da gördüyünü bildirsə də, A. Kərimov onun bu sözlərini təkzib edib.
Bildirib ki, "Vital Klinika”da həqiqətən ilk dəfə doğuş günü olublar, lakin həmin həkim xanımını yanvar ayından bəri Nəsrəddin Tusi adına klinikada müayinə edib.
Kişi bununla bağlı yazışma və müayinə kağızlarını da göstərib.
Qeyd edək ki, hazırda bütün fakt və təfərrüatlar hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər