Xəbər lenti

Milli Məclisin deputatları Özbəkistana səfər edəcəklər
Ölkə 20:04 03.04.2026

Milli Məclisin deputatları Özbəkistana səfər edəcəklər

Milli Məclisin sədr müavini Rafael Hüseynov və deputat Elnarə Akimova aprelin 5-də Özbəkistanın Daşkənd şəhərinə səfər edəcəklər.

Qaynarinfo xəbər verir ki, deputatlar burada "Nizami Gəncəvi və Əlişir Nəvai paralelləri” beynəlxalq konfransında, "Birinci Türkoloji Qurultay – uzaq keçmişimizdən uzaq gələcəyə” adlı elmi-praktik konfransda və bir sıra mədəni-maarifləndirici və elmi tədbirlərdə iştirak edəcəklər.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Nizami adına Özbəkistan Milli Pedaqoji Universiteti, Daşkənd Dövlət Şərqşünasliq Universiteti  və Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı  ilə keçiriləcək tədbirlərdə türk xalqlarının tarixinə və ədəbiyyatına dair məruzələr dinləniləcək, müzakirələr aparılacaq.
--> -->