Xəbər lenti

Maqazin 17:42 03.04.2026

"Əxlaq maskası altında gizlənən nəzarət ehtiyacı" - Elnarə psixoloqdan şikayət etdi

Əməkdar artist Elnarə Abdullayeva psixoloq Günay Baxşəliyevadan hüquq-mühafizə orqanlarına şikayət edib.
 
Xanəndə Qaynarinfo-ya bildirib ki, tələbləri yerinə yetirilməsə, iş məhkəməyə qədər gedəcək:

"Sosial şəbəkələrdə ünvanıma təhqir səsləndirilib. Hüquq mühafizə orqanlarına bu faktları təqdim edib. Bir xanım var, tanımıram, deyəsən psixoloqdur, barəmdə yazıb ki, "əxlaq maskası altında gizlənən nəzarət ehtiyacı". Sosial şəbəkədə insanlara şərait yaradır ki, ünvanıma təhqir yazsınlar. Kimsən sən və məni niyə müzakirə edirsən? Bu üzdən onu polisə şikayət etdim. Mənim şərəf və ləyaqətimə toxunub. Polisdən tələb etdim ki, onu hüquq müstəvisində cəzalandırsın".

Elnarə Abdullayeva əlavə edib ki, bu məsələ üzrlə yekunlaşmayacaq:

"Mənə üzr deyil, onun hərəkəti maraqlıdır. Onsuz da söydürdüyün söydürüb, istədiyini danışıb. 50 ilin sənətkarıyam. Biz qanuni bir dövlətdə yaşayırıq. Bu millətin görünən simasıyıq, danışan diliyik, mədəniyyətini göstərən insanlarıq. Bütün pisliklər sosial şəbəkə üzərindən qaynaqlanıb. İnsanlar bilmədən bir-birlərinə şəkillər göndəriblər. Buna görə o qədər evlər dağılıb ki. Məni ittiham etməkdənsə, verilişə sona kimi baxmaq lazımdır. Orada gənclərin evlənməməsindən söhbət gedib. Sözə bax - "əxlaq maskası altında gizlənən nəzarət ehtiyacı". Bunu mənim barəmdə deyir. Mən Azərbaycanın qeyrət simvoluyam. 50 ildir səhnədəyəm, oxuyuram. Belə adamlar cəzalanmalıdır".

Qeyd edək ki, psixoloq Günay Baxşəliyeva sosial şəbəkə hesabında Əməkdar artistin verilişdəki çıxışını şərh edərək tənqidi fikirlər səsləndirib. 

Bahar Rüstəmli

--> -->