Xəbər lenti

Valideynlərini bıçaqlayan 18 yaşlı oğlan övladlığa götürülübmüş - Detallar
Ölkə 19:43 03.04.2026

Valideynlərini bıçaqlayan 18 yaşlı oğlan övladlığa götürülübmüş - Detallar

Xəbər verildiyi kimi ötən gün paytaxtın Binəqədi rayonunda ailə münaqişəsi zəminində bıçaqlanma hadisəsi baş verib. Hadisə Biləcəri qəsəbəsinin 10 may küçəsində axşam saatlarında qeydə alınıb. Həmin ünvanda yaşayan 18 yaşlı Canməmməd Hüseynov atası 55 yaşlı Xaləddin Hüseynov və anası 48 yaşlı İlhamə Hüseynovanı bıçaqlamaqda şübhəli bilinir. 

Qaynarinfo "Bizim.Media"ya istinadən xəbər verir ki, ata-anasını bıçaqlayan 18 yaşlı Canməmməd Hüseynov orta təhsilini ötən il başa vurub. O, ali məktəbə hazırlaşsa da, kollecə qəbul olub. Onu tanıyanların verdiyi məlumata görə, Canməmməd Hüseynov ailənin tək övladıdır. Amma onu ailə illər əvvəl övladlığa götürüb. Mənbənin sözlərinə görə, valideynləri ona daim sevgi və qayğı göstərib. Hətta ali məktəbə qəbul üçün getdiyi hazırlıqlara özləri aparıb-gətirirlərmiş… 

Hadisənin hansı səbəbdən törədildiyinə gəldikdə isə qeyd olunur ki, valideynləri sevdiyi qıza elçi getmədiyi üçün qızdan ayrılmağa məcbur olub. İddialara görə, elə hadisə də bu səbəbdən törədilib. 
Onu sakit xarakterli tanısalar da, psixoloji problemlərinin olduğu da qeyd olunub. Onu da bildirək ki, Canməmməd Hüseynovun atasına 22, anasına 9 bıçaq zərbəsi vurduğu iddia olunur.
--> -->