Azərbaycan yığması Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının qrup mərhələsinin III turunda qələbə qazanıb.
	
Qaynarinfo xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi komanda Mavritaniya ilə üz-üzə gəlib.
 
	
Milli Gimnastika Arenasında baş tutan görüş millinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra komanda adını növbəti mərhələyə yazdırıb.
	
Qeyd edək ki, dünya çempionatına iyunun 1-də yekun vurulacaq.
             
            
Şərhlər