Xəbər lenti

MM-də azlıq təşkil edən partiyaların MSK üzvlüyünə namizədləri açıqlandı
Siyasət 13:48 22.04.2026

MM-də azlıq təşkil edən partiyaların MSK üzvlüyünə namizədləri açıqlandı

Milli Məclisdə deputatları azlıq təşkil edən partiyaların Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlüyünə yeni namizədləri müəyyənləşib.

APA-nın xəbərinə görə, parlamentdə azlıq təşkil edən partiyaların MSK-dakı üzvləri dəyişməyəcək.

Beləliklə, azlıqda olan partiyaların MSK üzvlüyünə namizədləri aşağıdakılardır:

Böyük Quruluş Partiyası (BQP) - Bəxşeyiş Əsgərov
Ana Vətən Partiyası (AVP) - Etibar Quliyev
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) - Mikayıl Rəhimli
Vətəndaş Həmrəyliyi Partiyası (VHP) - Almas Qəhrəmanlı
Azərbaycan Demokratik İslahatlar Partiyası (ADİP) (Vətəndaş Birliyi Partiyası ilə razılaşdırılıb) - Tofiq Həsənov
Demokratik Maarifçilik Partiyası - İlkin Şahbazov
--> -->