İdman 22:07 30.11.2023

"Molde" - "Qarabağ" oyununa satılan bilet sayı müəyyənləşdi

UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək "Molde" - "Qarabağ" oyununa satılan bilet sayı bəlli olub.

"Report"un məlumatına görə, "Aker" stadionunda baş tutacaq qarşılaşmaya 5 214 bilet satılıb.

11 200 tamaşaçı tutumuna malik arenada tribunaların yarısının boş qalması gözlənilir. Matçda azsaylı azərbaycanlı azarkeşlər də "Qarabağ"a dəstək verəcəklər.

Qeyd edək ki, bu gün keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hazırda "Qarabağ" və "Molde" hərəyə 6 xalla müvafiq olaraq 2-3-cü yerlərdə qərarlaşıblar.