Musiqi dinləmək boş vaxtı dəyərləndirməyin ən gözəl yollarından biri hesab olunsa da, əslində beynin sağlamlığını qoruyan xüsusiyyətləri də özündə ehtiva edir.
Qaynarinfo xəbər verir ki, Monaş Universitetinin apardığı tədqiqat da bu fikri təsdiqləyir.
Musiqi dinləmək bir çox insan üçün dünyanın səs-küyündən uzaqlaşma üsuludur. Notaların sehrinə qapılaraq saatlarla musiqi dinləmək və ya musiqi aləti çalmaq sağlamlığınızı qorumağa kömək edir. Monash Universitetinin apardığı tədqiqat göstərib ki, musiqi dinləyənlər müəyyən xəstəliklərə daha az meyllidirlər.
Alimlər açıqlayıblar ki, musiqi dinləmək demansiya riskini 39% azaldır.
Monaş Universitetinin yeni araşdırmasına görə, 70 yaş və üzərində olan şəxslərin müntəzəm olaraq musiqi dinləməsi və ya alət çalması demansiya və yaddaşın zəifləmə riskini əhəmiyyətli dərəcədə azaldır.
Tədqiqatda hər zaman musiqi dinləyənlərin demansa tutulma riskinin 39%, musiqi aləti çalanlarda isə bu göstəricinin 35% olduğu müəyyən edilib.
Araşdırma 10 min 800-dən çox yaşlı iştirakçının məlumatlarını əhatə edən ASPREE (ASPirin in Reducing Events in the Elderly) və ASPREE Longitudinal Study of Older Persons (ALSOP) alt-tədqiqatı çərçivəsində həyata keçirilib.
Nəticələr göstərir ki, musiqi dinləməyi vərdiş halına gətirən şəxslərdə yalnız demans riski deyil, ümumi yaddaş pozulma nisbəti də 17% daha aşağıdır.
Həm dinləmə, həm də çalma fəaliyyətlərini davamlı edənlərdə demans riski 33%, yaddaş pozulması riski isə 22% azalıb.
Tədqiqatı həyata keçirən Emma Caffa bildirib ki, nəticələr "musiqi fəaliyyətlərinin yaşlı şəxslərdə yaddaşı qorumaq üçün əlçatan bir strategiya ola biləcəyini” göstərir, lakin səbəb-nəticə əlaqəsini sübut etmək üçün daha çox araşdırma tələb olunur.
Tədqiqatın müəllifi Professor Coanne Ryan isə demansın qarşısını tamamilə alan müalicənin olmadığını və xəstəliyin başlanmasını önləyəcək və ya gecikdirəcək üsulları müəyyən etməyin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Ryan bildirib ki, beynin yaşlanması yalnız yaş və genetikaya bağlı deyil, eyni zamanda ətraf mühit və həyat tərzi faktorlarından da təsirlənir. Nəticələr göstərir ki, musiqi dinləmək və ya çalmaq kimi həyat tərzi əsaslı fəaliyyətlər bilişsel sağlamlığı dəstəkləyə bilər.
Günay
Şərhlər