Xəbər lenti

NATO “uzun müharibəyə” hazırlaşmağa çağırdı:
Dünya 13:16 17.09.2023

NATO “uzun müharibəyə” hazırlaşmağa çağırdı: "Putin silahı yerə qoysa..."

"Ukraynanın əks-hücumuna görə münaqişə gözləniləndən daha uzun sürəcək". 

Qaynarinfo xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Almaniyanın "Funke” media qrupuna müsahibəsində bildirib.

"Müharibənin çoxu gözlənildiyindən daha uzun sürür. Buna görə də biz Ukraynada uzun müharibəyə hazırlaşmalıyıq”, deyə NATO-nun baş katibi bildirib.

Onun sözlərinə görə, hamı "tez sülh istəyir”, lakin Ukrayna Silahlı Qüvvələri döyüşləri dayandırarsa, "onların ölkəsi artıq mövcud olmayacaq”.

"Prezident Putin və Rusiya silahlarını yerə qoysa, biz sülhə qovuşacağıq", deyə Stoltenberq fikrini yekunlaşdırıb.

Ukraynanın Şimali Atlantika Alyansına daxil olması perspektivlərindən danışan təşkilatın baş katibi ölkənin gec-tez bunu baş verəcəyinə əminliyini ifadə etsə də, nə vaxt olacağını dəqiqləşdirməyib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->