Xəbər lenti

İdman 15:04 19.04.2023

Nazim Süleymanov əvvəlki komandasına qayıtdı

Nazim Süleymanov Rusiya klubu "Ximki"nin gənclərdən ibarət komandasını çalışdırmayacaq.
 
Qaynarinfo xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 
 
O, bundan sonra klubun 19 yaşlılardan ibarət komandasını çalışdıracaq. Süleymanovla yanaşı, onun köməkçisi Emin Ağayevin də U-19 komandasına qayıtması barədə qərar verilib. Əvəzedici heyətin baş məşqçisi vəzifəsinə isə tanınmış rusiyalı mütəxəssis Rinat Bilaletddinov təyin edilib.
 
Daha əvvəl də U-19-da çalışmış mütəxəssis bu ilin fevralından əvəzedicilərin baş məşqçi vəzifəsinə təyin olunmuşdu. 
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->