Ölkə 13:33 04.03.2024

Nazir həbs olunan baş direktorun vəzifəsini ona tapşırdı (FOTO)

Səhiyyə Nazirliyinin "Respublika Narkoloji Mərkəzi" Publik Hüquqi Şəxsin baş direktoru vəzifəsi İlham Məmmədova tapşırılıb. 

Qaynarinfo-nun məlumatına görə, səhiyyə naziri Teymur Musayevin müvafiq əmri ilə sözügedən vəzifənin icrası 2011-ci ildən baş direktorun müavini, mərkəzin baş həkimi İlham Məmmədova həvalə edilib. 
 

İlham Məmmədov

HƏMÇİNİN BAX:
Narkoloji Mərkəzin baş direktoru və müavini həbs olundu (VİDEO/FOTO)

Qeyd edək ki, Səhiyyə Nazirliyinin "Respublika Narkoloji Mərkəzi" Publik Hüquqi Şəxsdə keçirilən əməliyyat zamanı qurumun baş direktoru Elşən Mustafayev və müavini Zamin Əliyev saxlanılıblar. Toplanmış ilkin sübutlar əsasında Elşən Mustafayev və Zamin Əliyev şübhəli şəxs qismində tutularaq onlara Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci maddələri ilə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar rüşvət alma) maddələri ilə ittiham elan edilib və barələrində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.



Əhməd