Xəbər lenti

İdman 17:00 12.09.2023

NBA komandasının üzvü həbs olundu - Sevgilisinə görə

NBA klubu "Houston Rockets"in basketbolçusu Kevin Porter həbs olunub.

Qaynarinfo-nun məlumatına görə, buna səbəb onun oteldə sevgilisinə qarşı zorakılıq etməsi olub. 23 yaşlı basketbolçunun sevgilisini boğmağa çalışdığı bildirilirdi.

Onun sevgilisinin keçmiş WNBA oyunçusu Kisre Qondrezik olduğu bildirilir. Qadın hadisə yerinin yaxınlığında olan xəstəxanada müalicə alır.

Porter, keçən mövsüm "Houston Rockets"də 59 oyun keçirib. O, orta hesabla 19,2 xal, 5,3 ribaund və 5,7 məhsuldar ötürmə edib.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->