Nepalda daşqından zərər çəkmiş infrastrukturun təmiri və bərpası üçün ən azı 5 milyard dollar tələb oluna bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin yeganə milyarderi olan nepallı sahibkar Binod Çaudhari "Bloomberg TV"yə açıqlamasında bildirib.
"Forbes" jurnalı Çaudharinin sərvətini 2 milyard dollar qiymətləndirir. O, qida istehsalı, telekommunikasiya, bankçılıq, tikinti, infrastrukturun inkişafı və digər sahələrdə fəaliyyət göstərən çoxşaxəli "Chaudhary Group" konqlomeratına sahibdir və onu idarə edir.
"Yekun xərclərin bu səviyyəyə çatmasına təəccüblənmərəm. Söhbət yalnız puldan getmir, həmçinin bərpa üçün tələb olunan vaxtdan və mürəkkəb coğrafi şəraitdən gedir", deyə Çaudhari bildirib.
Avqustun 26-da Nepalın Çinlə sərhəddə yerləşən dağlıq bölgəsində daşqın baş verib. Təbii fəlakət nəticəsində kəndləri su basıb, yollar və körpülər dağılıb. Hakimiyyət orqanlarının məlumatına görə, hazırda ən azı 538 nəfərin öldüyü təsdiqlənib, təxminən 1,2 min nəfər itkin düşmüş hesab olunur. İtkinlər arasında yüzlərlə xarici turist də var.
Nepallı milyarder bildirib ki, hazırda "Chaudhary Group" mərkəzi hökumət, yerli hakimiyyət orqanları, ordu və polis ilə sıx əməkdaşlıq edir. Şirkət artıq əməkdaşlarının bir hissəsini reabilitasiya mərkəzlərinin yaradılmasına cəlb edib.
Bundan sonra şirkət yaşayış evlərinin tikintisinə başlayacaq, həmçinin zərər çəkmiş məktəblərə və müəssisələrə dəstək göstərəcək.
Aydın
Şərhlər