Niderlandın Qroningen şəhərində Avropanın ən böyük yatağında qaz hasilatı dayandırılıb.
Qaynarinfo ANP agentliyinə istinadən xəbər verir ki, bu, yerli vaxtla saat 6:00-da (Bakı vaxtı ilə 8:00) baş verib.
Qaz yatağı 1959-cu ildə kəşf edilib və onun rəsmi açılışı 60 il əvvəl - 1963-cü ilin iyulunda olub. İstifadəsinin zirvəsində burada 50 milyard kubmetrdən çox istehsal edilib. Bununla belə, hələ 2018-ci ildə ölkə hökuməti yatağın sonradan bağlanması üçün hasilat həcmini tədricən azaltmaq qərarına gəlib. Qərar mədən prosesi ilə bağlı davamlı zəlzələlər və yerli sakinlərin etirazları səbəbindən qəbul edilib. Bu ilin iyununda hakimiyyət Qroningendə qaz hasilatını oktyabrın 1-dən dayandırmaq qərarına gəlib.
Eyni zamanda, səlahiyyətlilər vurğulayırlar ki, burada qaz hasilatına ehtiyac yaranarsa, yenə də bərpa oluna bilər. Məsələn, çox soyuq qış və ya digər gözlənilməz hallar səbəbindən hasilat bərpa ediləcək.
Aydın
Şərhlər