Xəbər lenti

Ölüm xəbəri yayılan Arzu Rzayev danışdı:
Maqazin 12:45 29.11.2023

Ölüm xəbəri yayılan Arzu Rzayev danışdı: "Həyat yoldaşım dedi ki..."

"Buradan səslənirəm, ölməmişəm, sağam, həyatdayam".
 
Bunu Qaynarinfo-ya açıqlamasında müğənni Arzu Rzayev mətbuatda onun ölüm xəbəri ilə bağlı yazılanlara münasibət bildirərkən deyib. 

Sənətçi qeyd edib ki, ölümü ilə bağlı məlumatı ona həyat yoldaşı deyib:

"Səhər yoldaşım dedi bəs yazıblar ki, guya sən ölmüsən. Adımız, soyadımız eyni olduğundan səhv salıb, şəkilimi də qoyublar. Gərək informasiyanı yoxlasınlar. Ayıbdır. Belə şeylər yazmaq olmaz. Belə məlumat yaymaq düzgün deyil, insanların ailəsini, ətrafını da düşünmək lazımdır. Bir parça çörək qazanmaq üçün məni öldürmək lazım deyildi. Hamı narahat olub. Telefonumun iki dəfə "zaryatkası” bitdi, nə qədər insan narahat olub zəng edib. Telefonu bəzən özüm götürürdüm, səsimi eşidib çaşıb qalırdılar”. 

Arzu Rzayev deyir ki, ölüm xəbəri ilə bağlı ona ABŞ, İsrail, Türkiyə və başqa ölkələrdən zənglər edilib. 

Qeyd edək ki, "Qarabağ bülbülləri" ansamblının bədii rəhbəri Murad Rzayevə ağır itki üz verib. Onun oğlu Arzu Rzayev vəfat edib. Sosial mediada isə bu məlumat yayılarkən mərhumun əvəzinə, müğənni Arzu Rzayevin fotosu qoyularaq, onun öldüyü qeyd edilib. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->