Xəbər lenti

Özgür Özel və 90 millət vəkili CHP-dən istefa verdi, yeni partiya təsis edildi
Dünya 12:44 24.07.2026

Özgür Özel və 90 millət vəkili CHP-dən istefa verdi, yeni partiya təsis edildi

Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri Özgür Özel və onu dəstəkləyən 90 millət vəkili partiyadan istefa verib.
 
Qaynarinfo xəbər verir ki, Özgür Özel qərarını Türkiyə Böyük Millət Məclisində keçirdiyi mətbuat konfransında açıqlayıb. O bildirib ki, istefa verən ümumilikdə 91 deputat yeni yaradılacaq siyasi partiyanın təsisçiləri sırasında yer alacaq.

Özelin sözlərinə görə, yeni partiyanın texniki qeydiyyatı artıq millət vəkillərinin iştirakı ilə həyata keçirilir. Partiyanın siyasi fəaliyyətinə isə avqust-sentyabr aylarında rəsmi start veriləcək.

Keçmiş CHP sədri yeni siyasi qurumun adının "Yeni Partiya" olacağını da açıqlayıb.

Qeyd edək ki, Özgür Özelin yeni siyasi partiya yaradacağını bəyan etməsindən sonra CHP-də istefaların artdığı bildirilir.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->