Xəbər lenti

Oğlunun dəfnində iştirak üçün həbsdən buraxıldı
Ölkə 15:03 04.06.2023

Oğlunun dəfnində iştirak üçün həbsdən buraxıldı

Həbsdə olan Müsəlman Birliyi Hərəkatının üzvü Mahir Əzimov oğlunun dəfn mərasimində iştirak üçün həbsdən buraxılıb.

Bu barədə "Qafqazinfo”ya onun vəkili Zibeydə Sadıqova məlumat verib.

Vəkil bildirib ki, Mahir Əzimov bir az əvvəl 3 günlük azadlığa buraxılıb.

Qeyd edək ki, Mahir Əzimovun 14 yaşlı oğlu Məhəmməd Əzimov ötən gün dənizdə boğulub.

M. Əzimov bir müddət əvvəl qanunsuz narkotik dövriyyəsində ittiham olunaraq həbs olunub. O, Bakı İstintaq Təcridxanasında saxlanılır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->