ABŞ-dakı Yellowstone Milli Parkında təxminən 900 kiloqram çəkisi olan bizon turistə hücum edərək onu buynuzu ilə havaya atıb.
Qaynarinfo xəbər verir ki, hadisə "Bridge Bay" düşərgəsində baş verib. Turist nəvəsi ilə gəzərkən aqressiv davranan erkək bizonun hücumuna məruz qalıb və ağır xəsarətlər alıb. Nəvə qaçaraq xilas ola bilib.
Hadisənin şahidi olan fotoqraf Mayk MakLeodun sözlərinə görə, bizon əvvəlcə düşərgədəki insanlara hücum edib, daha sonra isə turisti təqib edərək buynuzu ilə havaya tullayıb.
Yellowstone Milli Parkının rəhbərliyi ziyarətçilərə vəhşi heyvanlardan təhlükəsiz məsafə saxlamağın vacibliyini bir daha xatırladıb. Bildirilib ki, bu, 2026-cı ildə parkda bizonun insanlara hücum etdiyi ikinci hadisədir.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər