Xəbər lenti

Mütəxəssislər təkrar doldurulan batareyaların ömrünü uzatmağın yolunu açıqladı
Texnologiya 17:20 13.07.2026

Mütəxəssislər təkrar doldurulan batareyaların ömrünü uzatmağın yolunu açıqladı

Təkrar doldurulan batareyaların istifadə müddəti onların doldurulma dövrlərinin sayından asılıdır. Batareyanın müddətinin bitməsi onun tutumunun ilkin göstəricinin 80 faizinə enməsi hesab olunur. Bu həddən sonra batareyanın sürətlə köhnəlməsi başlayır və onun dəyişdirilməsi tövsiyə edilir.

İstehsalçıların məlumatına görə, əksər təkrar doldurulan AA və AAA tipli batareyalar, eləcə də bir çox litium-ion batareyalar təxminən 1000 dəfə doldurula bilir. Normal istifadə şəraitində bu, təxminən 12 illik istismar müddətinə bərabər hesab olunur.

Lakin araşdırmalar göstərir ki, batareyaların hamısı bu göstəriciyə çata bilmir. Tədqiqatçı Kristian Klemmin rəhbərlik etdiyi araşdırmaya əsasən, sınaqdan keçirilən smartfon və planşet batareyalarının yalnız 55 faizi 800–1000 doldurulma dövründən sonra sağlamlıq göstəricisini 80 faizdən yuxarı səviyyədə saxlaya bilib.

Mütəxəssislər batareyanın ömrünü uzatmaq üçün onun həddindən artıq qızmasının qarşısını almağı tövsiyə edirlər. Bunun üçün cihazdan enerji yığılarkən istifadə etməmək və mümkün olduqda sürətli enerji doldurma rejimindən az istifadə etmək məsləhət görülür.

Bundan başqa, alimlər litium-ion batareyalarının elektrokimyəvi üsulla bərpası üzərində də araşdırmalar aparırlar. Bu texnologiya gələcəkdə batareyaların istifadə müddətini daha da uzatmağa imkan verə bilər.
 
Günay

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->