Xəbər lenti

Qəhvənin acılığını bu yolla azaltmaq olar
Dünya 17:55 13.07.2026

Qəhvənin acılığını bu yolla azaltmaq olar

Qəhvə mütəxəssisləri səhər qəhvəsinin dadını daha yumşaq və zəngin etmək üçün ona bir çimdik duz əlavə etməyi tövsiyə ediblər.

Qaynarinfo xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, duz qəhvənin acılığını azaldır, təbii şirinliyini ön plana çıxarır və ətirini qoruyur. America's Test Kitchen-ın ekspertləri bildirirlər ki, bu üsul qəhvənin dadını daha balanslı edir.

Qəhvə dadı üzrə mütəxəssis Sara Marquart qeyd edib ki, duz acılığı zəiflədir və süd və ya şəkərdən istifadə etmədən qəhvənin ləzzətini yaxşılaşdırır. Onun sözlərinə görə, acı dada həssas olanlar üçün bu üsul yaxşı alternativdir.

Bu üsul 2009-cu ildə qida üzrə mütəxəssis Alton Braun tərəfindən də tövsiyə olunub. O, hər fincan su və iki çay qaşığı üyüdülmüş qəhvə üçün yarım çay qaşığı duz əlavə etməyin acılığı neytrallaşdırdığını və içkinin ümumi dadını yaxşılaşdırdığını bildirib.

Sosial şəbəkələrdə bu tövsiyə müxtəlif reaksiyalar doğurub. Bəzi istifadəçilər üsulun həqiqətən faydalı olduğunu desələr də, digərləri qəhvəyə duz əvəzinə hil əlavə etdiklərini və bunun da acılığı azaltdığını bildiriblər.
 
Günay

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->