Xəbər lenti

İdman 00:14 14.07.2026

"Şamaxı" portuqaliyalı müdafiəçini heyətinə qatdı

"Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

Qaynarinfo xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi sol cinah müdafiəçisi Joao Oliveiranı (Jota) heyətinə qatıb. 26 yaşlı futbolçu ilə iki (1+1) illik müqavilə imzalanıb.

Qeyd edək ki, Jotanın son klubu Portuqaliyanın "Sao Joao de Ver” klubu olub.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->