Xəbər lenti

Sənət 11:55 25.08.2023

Pablo Pikassonun kiçik oğlu öldü

Məşhur rəssam Pablo Pikassonun kiçik oğlu Klod İsveçrədə 76 yaşında vəfat edib. 

Qaynarinfo "The Guardian"a xəbər verir ki, mərhumun vəkili Jan-Jak Noyer ölüm səbəbini açıqlamayıb.

Pablo Pikasso və fransız rəssam Fransuaza Gilotdan olan böyük oğlu Paulo Pikasso da bu il 101 yaşında dünyasını dəyişib.

Pikassonun kiçik oğlu "Time Life Vogue" və "Amerikanın Saturday Review" jurnalının fotomüxbiri idi. 2011-ci ildə o, rəssam və atasının mülkünün məhkəmə tərəfindən təyin edilmiş inzibatçısı kimi fəaliyyətinə görə Fransanın ən yüksək mükafatı olan "Legion d'honneur" ordeni ilə təltif edilib.

"The Guardian" xatırladır ki, Pikassonun dörd övladı olub. Klod və Paloma Fransuaza Gilotun övladlarıdır. Böyük oğlu Paulo balet artisti Olqa Xoxlova ilə evliliyindən dünyaya gəlib. Fransız model Mari-Tereza Valterdən olan qızı Maya isə 2022-ci ildə vəfat edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->