Siyasət 16:45 14.03.2023

Paşinyan Azərbaycanın düşmənlərini “qara siyahıya” saldırmasına münasibət bildirdi

Ermənistanın baş naziri Nikol Paşinyan bəzi tanınmış rusiyalıların, o cümlədən erməni əsilli şəxslərin ölkəyə girişinə qadağa qoyulmasına münasibət bildirib. Bundan əvvəl Ermənistanda Dövlət Dumasının deputatı Konstantin Zatulin, RT və Sputnik-in baş redaktoru Marqarita Simonyan və media meneceri Aram Qabrielanov persona non-qrata elan edilib.

Qaynarinfo xəbər verir ki, mətbuat konfransında hökumət başçısı Sputnik Ermənistanın müxbirinin sualına cavab olaraq bildirib ki, Ermənistan suveren dövlətdir və özünə hörmət gözləmək hüququ var.

"Ermənistanın da öz maraqlarına qarşı qəsd olarsa, öz suveren mexanizmlərindən istifadə etmək hüququ var. Siz ermənipərəst mövqedən danışırsınız. İnsanlar səsini çıxarır və deyirlər ki, Ermənistan dəhliz vəd edib, bu dəhlizi təmin etməlidir. Budurmu erməni mövqeyi”, - Paşinyan Zatulinin ötən il dərc olunmuş müsahibəsinə işarə edərək deyib.

Hökumət başçısı əlavə edib ki, bu insanlar Ermənistana və onun xalqının seçdiyi hökumətə hörmət etməlidirlər.

"Bir faktı da diqqətinizə çatdırmaq istəyirəm - bu insanlar Ermənistana qarşı etdikləri əməllərin heç olmasa bir faizini öz ölkələrinə qarşı etsəydilər, öz evlərinə belə girə bilməzdilər. Bu, hər şeyi deyir", - Paşinyan bildirib.

"Qara siyahı”ya daha kimlər daxildir – o, bununla bağlı səlahiyyətli strukturların məşğul olduğunu deyərək ad çəkməyib. Amma buna qədər nə Milli Təhlükəsizlik Xidməti, nə də Ermənistan Xarici İşlər Nazirliyindən bu siyahı haqqında məlumat almaq mümkün olmayıb.

Bu yaxınlarda Kremldə qadağalar mövzusu şərh edilib. Xüsusilə, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov belə qərarlara mənfi münasibət bəslədiklərini qeyd edib. Buna baxmayaraq, o, Rusiya və Ermənistan arasında ikitərəfli münasibətlərin yaxın gələcəkdə belə hallardan azad olacağına ümid etdiyini bildirib.

Alpər