Futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start verilib.
Qaynarinfo xəbər verir ki, Qərb derbisində "Kəpəz" Turan Tovuz"u qəbul edib.
Gəncə şəhər stadionunda baş tutan qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə bitib. Komandanın heyətində 18-ci dəqiqədə Martin Petkov, 21-ci dəqiqədə isə Belajdi Pusi fərqlənib.
Tovuz klubu bu nəticədən sonra 6-cı xalını qazanıb və lider "Zirə"yə çatıb. "Kəpəz" isə 3 xalla altıncı sıradadır.
Qeyd edək ki, III turun "Qəbələ" - "Sumqayıt" və "Səbail" - "Zirə" oyunları avqustun 19-da, "Qarabağ" - "Araz-Naxçıvan", "Sabah" - "Neftçi" görüşləri isə avqustun 20-də keçiriləcək.
Şərhlər