İdman 16:52 15.09.2023

Premyer Liqası klubu amerikalılara satıldı

İngiltərə Premyer Liqa komandalarından olan "Everton"un sahibi Fərhad Moşiri klubun səhmlərinin 94 faizini Mayamidə yerləşən "777 Partners" şirkətinə satdığını açıqlayıb.

Qaynarinfo-nun məlumatına görə, bu barədə klubun sahibi Fərhad Moşiri açıqlama verib. Açıqlamada "777 Partners”lə aparılan danışıqların müsbət yekunlaşdığı bildirilib. 

Moşiri 2016-cı ildən "Everton”un sahibidir. Alğı-satqı prosesinin bu ilin sonunadək başa çatdırılması gözlənilir.

Mayamidə yerləşən "777 Partners” investisiya şirkətinin səhmdarları arasında "Sevilya”(İspaniya), "Herta” (Almaniya) və "Standard Liege” (Belçika) də var.

"Everton” bu mövsüm İngiltərə Premyer Liqasında hələ qələbə qazana bilməyib. Mersisaydlılar liqanın ilk dörd həftəsində keçirdiyi dörd oyunda üç məğlubiyyət və bir heç-heçə ilə yadda qalıb. Komanda bu mövsüm yeganə xalını səfərdə "Şeffild Yunayted”lə matçda qazanıb.

Səbuhi Həsənov