Xəbər lenti

Ölkə 14:17 24.02.2024

Prezident Akif Əlizadə ilə bağlı sərəncam imzaladı

Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti, akademiyanın Geologiya və Geofizika İnstitutunun baş direktoru, akademik Akif Ağa Mehti oğlu Əlizadə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Qaynarinfo xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

A.Əlizadə Azərbaycanda elmin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə fəxri diplomla təltif edilib.

Qeyd edək ki, Akif Əlizadə 1934-cü ildə Bakıda anadan olub. O, 2013-2019-cu illərdə AMEA-nın prezidenti olub. Hazırda akademiyanın Geologiya və Geofizika İnstitutunun baş direktorudur. Fevralın 25-də akademikin 90 yaşı tamam olur.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?