Xəbər lenti

Prezident bu məsələləri diqqətdə saxlayacağını dedi
Ölkə 23:55 18.06.2026

Prezident bu məsələləri diqqətdə saxlayacağını dedi

"Məşğulluqla bağlı olan məsələlər əhalisi artmaqda olan istənilən digər ölkə kimi, bizim də diqqətimizin mərkəzində olacaq".

Qaynarinfo xəbər verir ki, bunu bunu Prezident İlham Əliyev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində deyib.

"Çünki əhali artdığı zaman, - təəssüf ki, müsəlman ölkələrində bu tendensiyanın davam etdiyini hamımız bilirik, - bunun, eyni zamanda, özü ilə bir çox çağırışlar gətirdiyini görürük. Çünki siz iş yerləri yaratmalısınız, daha çox sosial infrastruktur və ümumiyyətlə, infrastruktur qurmalısınız. Beləliklə, bu məsələ - işsizlik səviyyəsinin çox aşağı səviyyədə saxlanılması həmişə diqqət mərkəzində olacaq", - deyə dövlət başçısı bildirib.
--> -->