Fərid Rauf oğlu Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi İdarə Heyətinin sədri təyin edilib.
Qaynarinfo xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Xatırladaq ki, bu il fevralın 20-də Prezident İlham Əliyev "Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi" publik hüquqi şəxslərin yenidən təşkili haqqında Fərman imzalayıb. Sənədə əsasən, "Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi" (BMTM) publik hüquqi şəxs Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə qoşulub.
Şərhlər