Ekonomiks 16:24 26.04.2023

Prezident Rəşad Nəbiyevə yeni vəzifə verdi

Prezident İlham Əliyev "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 mart tarixli 2553 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, Sərəncama əsasən, "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri dəyişib.

"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev olub.

Bundan əvvəl "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri iqtisadiyyat nazirinin müavini Elnur Əliyev olub.