Xəbər lenti

Prezident: Ümid edirəm, Sizi gələn il Azərbaycanda görəcəyəm
Siyasət 16:08 09.12.2025

Prezident: Ümid edirəm, Sizi gələn il Azərbaycanda görəcəyəm

"Biz tərəfdaşlığımızın müxtəlif sahələrində fəal çalışırıq və əminəm ki, rəsmi səfərim işbirliyimizə əlavə təkan verəcək".

Qaynarinfo xəbər verir ki, bunu Prezident İlham Əliyev Bratislavada rəsmi ziyafətdə deyib.

"Biz Slovakiyada dostları, mehribanlığı, hörməti görürük və Sizin xalqınıza, hökumətinizə, Slovakiya dövlətinə eyni hisslər bəsləyirik. Mən, cənab Prezident, tərəfdaşlığımıza verdiyiniz bütün töhfələrinizə görə təşəkkürümü bildirmək istəyirəm. Mən Sizi Prezident kimi rəsmi səfərə dəvət etmək istərdim. Siz həm Baş nazir, həm Parlament spikeri kimi bizə səfər etmisiniz, lakin Prezidentin rəsmi səfərinin, əlbəttə ki, xüsusi statusu var. Ümid edirəm, Sizi gələn il Azərbaycanda görəcəyəm".

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->