Ölkə 17:47 25.05.2023

Psixoloqların qəbulu neçəyədir? (AÇIQLAMA)

"Azərbaycanda fərdi psixoloq qiymətləri 80-200 manat arasında dəyişir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında psixoloq Nail Cəlilov psixoloji xidmətlərin qiymətindən danışarkən deyib.
 
Onun sözlərinə görə, Azərbaycanda psixoloq xidmətlərinin qiymətləri terapiya və seminarlardan asılıdır:
 
"Fərdi xidmətlərin qiymətləri çox bahadır. Psixoloq sahibkardır. Terapiya zamanı müəyyən əziyyət çəkir, oxuyub və onu ödənişsiz tətbiq etməyə borclu deyil. Hər bir insana zaman sərf edir. Bunu təmin edən şəxslər psixoloqun xidmətlərini qarşılamalıdır”. 

Nail Cəlil psixoloq xidmətlərinin könüllü olduğunu vurğulayıb. 

Bahar Rüstəmli