PSJ (Fransa) klubunun baş məşqçisi Luis Enrike özünün 56 yaşını qeyd etmək üçün komanda futbolçularını Parisdəki "Prunier” restoranına dəvət edib, lakin özü tədbirdə iştirak etməyib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Le Parisien” yazıb.
Məlumata görə, Enrike Trianf arxının yaxınlığındakı restoranda masa bron edib və oyunçulara onsuz görüşüb bayram etməyə imkan yaradıb.
İspan mütəxəssis 2023-cü ildən Paris klubuna rəhbərlik edir. Onun rəhbərliyi altında komanda iki dəfə Fransa çempionu və Fransa kubokunun qalibi olub, üç dəfə Superkuboku qazanıb, həmçinin Çempionlar Liqası, UEFA Superkuboku və Qitələrarası kuboku əldə edib. 6 mayda PSJ yarımfinalın cavab oyununda "Bavariya” ilə 1:1 hesablı heç-heçə edib və iki oyunun nəticəsinə görə (6:5) finala yüksəlib.
Aydın
Şərhlər