Xəbər lenti

Putin yenə dünyanı təhdid etdi: “Cavab zərbələrimiz ildırım sürətli olacaq”
Dünya 15:05 28.04.2022

Putin yenə dünyanı təhdid etdi: “Cavab zərbələrimiz ildırım sürətli olacaq”

Rusiya prezidenti Vladimir Putin Ukrayna müharibəsinə müdaxilə etmək fikrində olanlara xəbərdarlıq edib.

Qaynarinfo BBC-ə istinadla xəbər verir ki, Putin bu barədə Sankt Peterburqdakı çıxışında bildirib.

Putin Qərbin Rusiyanı ayrı-ayrı hissələrə bölmək istədiyini və Ukraynanı Rusiya ilə konfliktə sürüklədiyini deyib. 

"Əgər kimsə baş verən hadisələrə kənardan müdaxilə etmək və Rusiyaya qarşı strateji təhlükə yaratmaq fikrindədirsə, onlar bilməlidirlər ki, bizim cavab zərbələrimiz ildırım sürətli olacaq. Bizdə bunun üçün başqalarının öyünməyə bilməyəcəyi bütün vasitələr var. Ancaq biz öyünməyəcəyik, lazım gəlsə, onlardan istifadə edəcəyik. İstəyirəm ki, bunu hər kəs bilsin”, - deyə Putin bildirib. 

O, həmçinin bu cavabların nələrdən ibarət olacağı bardə qərarların artıq qəbul olunduğunu da əlavə edib. 

Daha sonra Putin Rusiya ordusunun Rusiyaya qarşı yönəlmiş böyük təhlükənin qarşısını aldığını deyib. 

O, bir daha Ukraynadakı "xüsusi hərbi əməliyyat”ın plan üzrə getdiyini və onun vaxtında verilmiş və düzgün qərar olduğunu vurğulayıb.
 
Nurlan Hüseynov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->