Xəbər lenti

Qadınlar niyə kişilərdən daha çox bağırsaq problemləri ilə üzləşir?
Sağlamlıq 21:17 21.12.2025

Qadınlar niyə kişilərdən daha çox bağırsaq problemləri ilə üzləşir?

Qadınlar kişilərdən xeyli daha çox irritabl bağırsaq sindromu (İBS) yaşayır – bu, qarın ağrısı, şişkinlik və həzm pozuntuları ilə müşayiət olunan xroniki xəstəlikdir. 

Qaynarinfo xəbər verir ki, San-Fransisko Kaliforniya Universitetindən olan alimlər bu fərqin mümkün izahını tapıblar. Tədqiqat "Science" jurnalında dərc olunub.

Əsas rolu östrogen hormonu oynayır, çünki bu hormon bağırsağın ağrıya qarşı həssaslığını birbaşa artırır. 

Tədqiqatçılar müəyyən ediblər ki, östrogen qalın bağırsaqda əvvəllər naməlum olan siqnal yollarını aktivləşdirir. Laboratoriya siçanlarının erkək nümunələrinə dişi səviyyəsində östrogen verildikdə, onların bağırsaq ağrısına həssaslığı "qadın” səviyyəsinə yüksəlib.

"Hədəfimiz gənc qadınların niyə İBS-dən daha çox əziyyət çəkdiyinə elmi və dəqiq izah tapmaq idi. Buna nail olduq və eyni zamanda terapiya üçün yeni potensial hədəflər müəyyən etdik,” deyə molekulyar və hüceyrəvi farmakologiya professoru və işin həmmüəllifi Holli İnqram bildirib.

Nəticələr həmçinin izah edir ki, FODMAP diyeti (bəzi fermentlənən karbohidratları – soğan, sarımsaq, paxlalılar, buğda – istisna edən pəhriz) niyə bəzi xəstələrdə simptomları yüngülləşdirir və qadınlarda İBS simptomlarının menstruasiya dövrünün müxtəlif fazalarında niyə dəyişdiyini göstərir.

"Tədqiqat göstərdi ki, hormonlar bağırsaqda ağrı hissi sisteminin həssaslığını gücləndirə bilər, bunu isə güclü və əvvəllər təsvir edilməmiş hüceyrə mexanizmi vasitəsilə edir,” deyə Nobel mükafatı laureatı, işin həmmüəllifi Devid Culius bildirib.

Gözlənilmədən məlum olub ki, östrogen birbaşa ağrı siqnallarını ötürən hüceyrələrə təsir etmir, əksinə qalın bağırsağın aşağı hissəsindəki L-hüceyrələrə təsir edir. Hormon təsiri altında bu hüceyrələr PYY peptidini ifraz edir, bu isə qonşu hüceyrələrdə serotonin buraxılmasını aktivləşdirir. Serotonin öz növbəsində ağrı sinir liflərini aktivləşdirir. Östrogeni, PYY-i və ya serotonini bloklamaq siçan dişilərində ağrının şiddətini kəskin şəkildə azaldır.

Əvvəllər PYY əsasən iştahı azaldan hormon kimi qəbul olunurdu, lakin onun əsasında dərmanların klinik sınaqları bağırsaqla bağlı ağır yan təsirlər səbəbindən dayandırılmışdı.

"PYY-nin ağrı siqnalı rolu əvvəllər təsvir edilməmişdi. Bu onun funksiyaları haqqında təsəvvürümüzü dəyişir", deyə tədqiqatın həmmüəllifi Erik Fiqeroa bildirib.

Bundan əlavə, östrogen L-hüceyrələrin qida həzmində yaranan bakterial metabolitlərə həssaslığını artırır. Bu, İBS simptomları ilə pəhriz arasındakı əlaqəni izah edə bilər. Alimlərin fikrincə, müəyyən edilən siqnal yolları bağırsaq ağrı pozuntularının daha dəqiq müalicəsi üçün yeni üsulların yaradılmasına əsas ola bilər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->