İdman 16:38 24.03.2023

"Qalatasaray"la oyun üçün "Qarabağ"a 4 futbolçu dəvət olundu

"Qarabağ" "Qalatasaray"la xeyriyyə məqsədli yoldaşlıq görüşü üçün Azərbaycanın digər klublarından 4 futbolçunu heyətinə qatıb. 

Ağdam təmsilçisinin mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, baş məşqçi Qurban Qurbanov "Zirə"dən Anar Nəzirovla Vild-Donald Gerye və "Şamaxı"dan Nihat Quliyevlə Rauf Hüseynlinin xidmətindən yararlanacaq. 

Xatırladaq ki, qarşılaşma martın 26-da saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək.