İdman 22:54 02.12.2022

"Qarabağ"ın legioneri "Neftçi" ilə oyunda zədələndi

"Qarabağ"ın futbolçusu Kevin Medina zədələnib.

"Report"un məlumatına görə, 29 yaşlı müdafiəçi "Neftçi"yə qarşı keçirdikləri Azərbaycan Premyer Liqasının XVI tur oyununda sıradan çıxıb.

Onun yerinə meydana 80-ci dəqiqədə Bədavi Hüseynov daxil olub.

Qeyd edək ki, "Qarabağ" 3:0 hesabı ilə öndədir.